YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sement

Bu gün yaşadığımız binaların, kinoteatrların, sarayları gülzara çevirən suvarma kanallarının, təyyarələrin uçuş zolaqlarının, dəmiryol və avtomobil yollarının, raketlərin start meydançalarının və sair onlarca obyektin tikintisini sementsiz təsəvvür etmək çətindir. İnşaatçılar çox vaxt onu tikintinin çörəyi adlandırırlar.

 

Bu gün dünya xalqlarının bir çoxunun dilində işlənən sement almanca “zement” (qırmadaş mənasını verir) sözündən alınmışdır. Uzaq keçmişlərdən başlayaraq 19-cu yüzilliyədək insanlar binalar tikərkən gipsdən və əhəngdən istifadə ediblər. Sonralar müxtəlif ölkələrdə inşaatçılar daşlar arasında birinci bərkidici maddə kimi gips və ya əhəngdən istifadə edəndə ona narınlaşdırılmış vulkanik süxurlar, bişirilmiş kərpic ovuntusu və s. qatmaqla yeni bərkidicilər əldə etmişlər. 1796-cı ildə isə C. Parker təbii mergellərin yandırılması və narınlaşdırılması məhsulu olan hidravlik yapışdırıcı- roman-sement üçün patent aldı. 1824-cü ildə İngiltərədə C.Aspdin və 1825-ci ildə Rusiyada Y.G.Çeliyev bir-birindən xəbərsiz portlandsement aldılar. Bu, tikinti-quraşdırma işlərinin sürətlənməsinə yeni təkan oldu. Adi şəraitdə bərkiyə bilməsinə, yüksək fiziki-mexaniki xassələrinə, suya, şaxtaya dözümlülüyünə, uzunömürlülüyünə və s. görə yığma və monolit betonların, həmçinin dəmir-beton konstruksiya və məmulatların hazırlamasında sementdən geniş istifadə edilir.

 

Sement əsasən quru, yaş və kombinəli üsullarla istehsal olunur. Quru üsulla sement istehsal ediləndə əhəng və gil narınlaşdırma və üyüdülmə prossesində qurudulur. Sonra o başqa lazımi materiallar da qatılmaqla boru-sobalara verilir. Burada məhsul 1450-1550 dərəcə Selsi temperaturda yandırılır. Fırlanan boru-sobadan çıxan məhsul soyudularaq tikintilərə, zavodlara, kombinatlara yola salınır. Bakının yaxınlığındakı Qaradağ qəsəbəsində yerləşən sement zavodu Cənubi Qafqazda bu qəbildən olan müəssələrin ən böyüyüdür.