Tayqa
“Tayqa” saxa (yakut) dilindən tərcümədə “meşə” mənasını verir. Lakin meşəyə tayqa demək olmaz. Alimlər müəyyən təbii zonalı iynəyarpaqlı meşələri tayqa adlandırırlar.
Alimlər tayqanı tünd iynəyarpaqlı, açıq iynəyarpaqlı və şam ağacı meşəsinə ayırırlar. Tünd iynəyarpaqlı tayqa, əsasən, küknar və ağ şam ağacı, sibirdə isə sidr, daha dəqiq desək, sidr şamı meşələridir.
Qara şam ağacından ibarət olan meşə açıq iynəyarpaqlı tayqa adlanır. Tayqa çox zəngindir. Onun ən böyük sərvəti meşədir. Lakin meşədə ağacları kəsərkən ehtiyatlı olmaq lazımdır, çünki elə ola bilər ki, ağacların kəsildiyi yerdə bataqlıq əmələ gəlsin. Ağacı kəsəndən sonra onun yerində mütləq başqasını əkmək lazımdır.
Tayqanın ikinci böyük sərvəti xəzdir. Dünyada heç yerdə tayqada olduğu qədər xəzli heyvan yoxdur. Burada qarabağır, samur, dələ, Sibir xoruzu və s. var. Hər il qar düşən kimi ovçular tayqaya xəzli heyvanları ovlamağa gedirlər. Tayqa insanlara sidr “qozu”, qiymətli dərman bitkiləri, çaytikanı, jenşen və s. verir. Tayqa bataqlıqlarından mərcan yığırlar. Tayqada çoxlu giləmeyvə və göbələk olur. Orada qara gilə, cır mərsin, böyürtkən, sarı böyürtkən, moruq, mərcanı, mərcangilə və s. bitir.
Hər il havalar istiləşib qar əridikdən sonra tayqaya minlərlə tədqiqatçı gəlir. Bıziləri faydalı qazıntı axtarır, başqaları həşəratları (cücüləri) öyrənir, üçüncülər isə meşəni tədqiq edirlər.
14.12.2021