Qazkimilər dəstəsinin ördəklər fəsiləsindən müxtəlifcinsli quşlar qrupu
Çəkiləri 300-1700 qram arasında dəyişir. Dünyanın demək olar, hər yerində yayılıb. Əsl ördəklər, dalğıclar və pazdimdiklərə bölünür. Köçəri quşlardılar. Yaşılbaş, bizquyruq, enlidimdik ördəklər və başqa qiymətli sənaye növləri var.
Azərbaycan ərazisində 23 növü mövcuddur ki, bunların da əksəriyyəti Xəzər dənizinin cənubunda qışlayır. Ev ördəyinin əcdadları eramızdan təxminən min il əvvəl əhilləşdirilmiş yaşılbaş ördəklər sayılır.
Ətlik növlərin erkəklərinin çəkisi 3-4 kiloqram, dişilərinin çəkisi 2-3,5 kiloqram olur. Bundan başqa yumurtalıq və ətlik-yumurtalıq istiqamətində də yetişdirilir.
20.11.2014