Urartu yazıları
Urmiya şəhərindəki diyarşünaslıq muzeyində ağ mərmər sütun üzərində yazılar diqqəti cəlb edir. Həmin sütun Urartu yazılı abidələrindən biridir.
Bu abidələrdən çox az qismi zəmanəmizədək gəlib çatıb. Araşdırıcıların əldə edə bildikləri yazılı abidələrdə 400-ə qədər söz var. Onlar Akkad mixi əlifbasının sadələşdirilmiş formasında, soldan sağa yazılıb. Abidələrdə 4 sait və 17 samit, ismin tək və cəm formaları, 8 halı olduğu müəyyənləşdirilmişdir. Ən qədim yazılar eramızdan əvvəl IX əsrin 30-cu illərinə aiddir.
Tayfa ittifaqından yaranmış Urartu dövlətinin əhalisi müxtəlif xalqlardan ibarət olduğundan araşdırıcılar bəzi məsələləri dəqiqləşdirə bilməmişlər. Bu dövlətin ən qüdrətli vaxtlarında sərhədləri şimalda Göyçə (Sevan) gölünə, şərqdə Urmiya gölünə, cənub-qərbdə Dəclə çayına və Fərat çayının yuxarı axarına çatırmış. Assuriya (Aşşur) mənbələrində Urartu tayfa ittifaqı eramızdan XIII əsrdə xatırlanır. Bu mənbələr və günümüzədək gəlib çatmış digər yazılı abidələr ermənilərin (haylar) urartuluların varisi olması fikrini alt-üst edir.
24.02.2022