YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Hava rejimi, hava proqnozu və sinoptik xəritə

Hava rejimi - ekosistemdə atmosfer və onun qazlarının hərəkətli vəziyyətidir. Hava rejimi atmosferin çirkləndirilməsi nəticəsində güclü pozula bilər. Hava müəyyən bir ərazidə bəzən çox qısa müddət ərzində (bir gün, hətta bir neçə saat ərzində) bir neçə dəfə dəyişilə bilər ki, bununla da o, iqlimdən, yəni müəyyən ərazidə havanın çoxillik rejimində fərqlənmiş olur.


Hava proqnozu - irimiqyaslı atmosfer proseslərinin təhlili əsasında havanın gələcək vəziyyəti haqqında irəli sürülmüş elmi fikirdir. Hava proqnozu qısa müddəti (bir ayadək və daha artıq) əhatə edir. Hava proqnozu həm müəyyən ərazi (vilayət, ölkə, rayon, dəniz akvatoriyası və s.), həm də ayrı-ayrı yaşayış məntəqələri, aeroport, nəqliyyat yolları, otlaqlar və s. üçün tərtib edilir. Xüsusi hava proqnozlarına insanların yaşayışına və xalq təsərrüfatının ayrı-ayrı sahələrinə zərər vura biləcək təhlükəli hava hadisələri olan-siklon, tufan, duman, çovğun, güclü külək, toz fırtınası, ayaz və s. daxildir. Hava proqnozları sinoptik meteorologiyanın məlumatları əsasında tərtib olunur.


Sinoptik xəritələr əsas müddət üçün tərtib edilməklə böyük əraziləri əhatə edir. Sinoptik xəritələrdə (yun. synoptikos- hər yeri müşahidə edə bilən) - üzərində rəqəmlər və şərti işarələrlə hava (temperatur, təzyiq, buludluq, küləyin istiqaməti və sürəti və s.) haqqında məlumat verilmiş xəritədir. Sinoptik xəritə meteo-roloji stansiyalarda müəyyən vaxt ərzində aparılan müşahidələrin məlumatına əsasən gündə bir neçə (2-8) dəfə tərtib edilir. Sinoptik xəritə havanın təhlili və qabaqcadan xəbər verilməsi (proqnozu) üçün əsas materialdır.


İqlim haqqında məlumatların ümumləşdirilməsi və yayılması hidrometeoroloji xidmət müəssisələri tərəfindən həyata keçirilir. Ölkəmizdə iqlimin vəziyyətinin təbii, süni və ya antropogen (insan amili) dəyişməsinə nəzarət xidməti Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə həvalə olunmuşdur. Bura daxil olan müəssisələrdə aqrometereoloji xidmətlər də həyata keçirilir. Belə ki, aqrometereoloji xidmətlər - kənd təsərrüfatı bitkilərinin becərilməsi və heyvanların bəslənməsi üçün iqlim şəraitinin vəziyyətinin təbii və antropogen səbəblərdən dəyişilməsinin öyrənilməsi və ona nəzarət edilməsindən ibarətdir. Bu isə kənd təsərrüfatında, həm istehsalatda, həm də elmi işlərin aparılmasında olduqca əhəmiyyətlidir. Ümumi hava proqnozları və digər hidrometeoroloji xidmətlər müəyyən bir region üçün quraşdırılmış iri hidrometeoroloji stansiyalar tərəfindən həyata keçirilir.


Bundan başqa, hər hansı bir əraziyə və ya ona yaxın rayonlara xidmət göstərən kiçik hidrometeoroloji məntəqələr var ki, bu məntəqələr yaxın əkinçilik rayonlarına aqrometereoloji xidmətləri göstərir. Buna misal olaraq, Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin həyətində quraşdırılmış kiçik hidrometeoroloji məntəqəni göstərmək olar. Burada quraşdırılmış psixometrik termometrlər, hiqrometr, helioqraf, yağıntı ölçən, flüger və anemometr və s. cihazlar vasitəsilə havanın temperaturu, nəmliyi, təzyiqi, torpağın temperaturu, günəşli saatların miqdarı, yağıntının miqdarı, küləyin istiqaməti və sürəti təyin edilir, məlumatlar gündəlik və aylıq olaraq toplanır. Bu məlumatlar fermerlərə və tarla təcrübələri qoyan elmi işçilərə paylanır. Həmin məlumatlar əsasında torpaq istifadəçiləri bir sıra kənd təsərrüfatı tədbirlərinin (toxumun səpin müddəti, suvarma rejimi və s.) aparımasını düzgün planlaşdıra bilirlər ki, bu da gələcəkdə baş verə biləcək risklərin qarşısını almağa imkan verir.