Milçək
Milçək yer üzündə çox yayılmış, sürətlə artıb-törəyən, xəstəlik yayan bir həşəratdır. O uçub hər yerə qonur zibilə də, xörəyə də, insanın üstünə də. Milçək hər şey yeyir. Milçəyi hətta zəhərli kimyəvi maddələrlə də məhv etmək çətindir. Milçəkləri məhv etmək üçün DDT adlanan zəhərli, öldürücü maddələr işlənir. Lakin milçəklərin nəsli get-gedə bu zəhərli maddələrə də öyrəşir, qırılmır.