Dünyanın ən qədim və ən nüfuzlu tennis turnirləri
Adətən iyunun sonlarından iyulun ortalarına qədər Londonun kənar əyaləti olan Umbldonda keçirilir. 2013-cü ildə turnirin ümumi mükafat fondu 20 milyon funt sterlinqi keçib. Böyük Dəbilqə seriyasından olan 4 turnirdən biri və yaşıl kortda oynanılan yeganə turniridir.
İlk dəfə 1877-ci ildə yalnız kişilər arasında keçirilib. 1884-cü ildən turnirə qadınlar da qoşulmağa başlayıb.
Uimbldon turnirində ən çox qalib olmuş oyunçular:
Uilyam Renşou (İngiltərə) - 7 dəfə – 1881-1886, 1889;
Pit Sampras (ABŞ) - 7 dəfə – 1993-1995, 1997-2000;
Rocer Federer (İsveçrə) - 7 dəfə – 2003-2007, 2009, 2012.
Martina Navratilova (Çexoslovakiya) – 9 dəfə - 1978, 1979, 1982-1987, 1990;
Şteffi Qraf (Almaniya) – 7 dəfə - 1988, 1989, 1991-1993, 1995, 1996;
Billi Cin Kinq (ABŞ) – 6 dəfə - 1966-1968, 1972, 1973, 1975.
Uimbldonun ən gənc qalibi 15 yaşlı İsveçrəli Martina Hingils, ən yaşlı qalibi isə 46 yaşlı Çex Martina Navratilova olub.
Turnirdə ən uzun sürən görüş 2010-cu ildə Amerikalı Con İzner və Fransalı Nikola Mayu arasında olub və 11 saat 5 dəqiqə davam edib.
01.12.2014