Yeni Kaledoniya
Sahəsi: 18 576 km2
Əhalisi: 222,0 min. nəfər (2007)
İnzibati mərkəzi: Numea (85 min nəfər)
Rəsmi dil: fransız
Dini etiqad: katolisizm (60%), protestantlıq (30%)
Pul vahidi: frank
Dövlət quruluşu: daxili özünüidarə hüququ olan Fransanın xarici mülkü
Fransanın xarici ərazisi olan Yeni Kaledoniya 80 kiçik və əhalinin 90%-nin yaşadığı bir böyük vulkan mənşəli adadan ibarətdir. Melaneziyalı kanaklardan ibarət əhali əkinçilik və balıqçılıqla məşğul olur, turizm sahəsində çalışırlar. Lakin ölkənin təsərrüfatının əsasını dəmir-nikel filizlərinin hasilatı təşil edir. Bu sahə ixrac gəlirlərinin 85%-ni verir. Yeni Kaledoniya 1774-cü ildə ingilis səyyahı C.Kuk tərəfindən kəşf edilmişdir. 1853-cü ildə fransızlar onu öz mülkü elan etmişlər. Əhalinin 43%-dən çoxunu yerli xalqlar olan kanaklar, nisbətən az hissəsini Cənub-Şərqi Asiyadan gələnlər, 37%-ə qədərini fransız müstəmləkəçilərinin nəsilləri olan kaldoşlar təşkil edir. Yerli əhali və koldoşlar arasında uzun illərdir ki, münaqişə davam edir.
22.04.2022