Mərakeş Krallığı
Sahəsi: 458 730 km2
Əhalisi: 31,9 mln. nəfər (2010)
Əhalinin sıxlığı: 70 nəfər/km2
Paytaxtı: Rabat (1616 min nəfər)
Əsas dillər: ərəb, bərabər
Dini etiqad: islam (sünni təriqəti)
Pul vahidi: dirhəm
Dövlət quruluşu: konstitusiyalı monarxiya
Mərakeş Afrikada monarxiya dövlət quruluşu na malik yeganə ərəb ölkəsidir. 1956-cı ildə Fran sa və İspaniya müstəmləkəsindən azad olmuşdur. Mərakeşin Qərbi Böyük Səhranı işğal etməsi nəticəsində yerli partizan dəstəsi olan və ölkənin müstəqilliyi uğrunda çıxış edən POLİSARİO ilə münaqişə vəziyyətindədir. Ölkə ərazisində iki is pan eksklavı (Seuta və Melilya) qalır. Mərakeş Pireney yarımadasından eni 13- 27 km olan Cəbəlüttariq boğazı ilə ayrılır. Aralıq dənizinin sahili boyu Rif (Əl-Rif) dağları, həmçinin daha yüksək Atlas dağları uzanır. Dağların yamacı boyu bəzi yerləri sıx subtro pik meşələr örtür. Dağlarda çoxlu yağış və qar yağır, əmələ gələn çaylar düzənliyə axıb gəlir. Atlas dağlarında tez-tez zəlzələlər baş verir. Ən güclü zəlzələ 1960-cı ildə Aqadirdə baş vermiş, 12 min nəfər həlak olmuşdur, ölkənin cənub və cənub-şərqini Böyük Səhra tutur. Əhalinin 70%- Bərbərlərirı yaşadığı kənd ni ərəblər, 29%-ni bərbərlər təşkil edir. Əhalinin yarıya qədəri kənd təsərrüfatında çalışır və balıqçılıqla məşğul olur. Taxıl, şəkər çuğunduru, finikiya palması (xurma), zeytun və sitrus meyvələri yetişdirilir. Hər il 0,75 mln. ton balıq ovlanır. 2000-ci ildə ölkənin şimal-qərbində neft tapılmışdır. Son zamanlar hasilat sənayesi ilə yanaşı emal sənayesi (kimya, fosforit və neft emalı) inkişaf edir. Ən mühüm liman Kasablan ka, ən böyük şəhər Mərakeşdir. Turizmin rolu getdikcə artır. 2009-cu ildə Mərakeşə 4,1 mil yon nəfərdən artıq turist gəlmişdir.