Cənubi Sudan Respublikası
Sahəsi: 619745 km2
Əhalisi: 8260490 nəfər (2008)
Əhalinin sıxlığı: 13,3 nəfər/km2
Paytaxtı: Cuba
Əsas dillər: nilot, dinka, ubanqa
Dini etiqad: xristianlıq, ənənəvi yerli dinlər
Pul vahidi: Cənubi Sudan funtu
Dövlət quruluşu: respublika
Cənubi Sudan dünyanın siyasi xəritəsində yaranmış sonuncu müstəqil dövlətdir. 9-16yanvar 2011-ci ildə Sudanın cənubunda müstəqil dövlətin yaradılması məsələsi ilə əlaqədar referendum keçirilmişdir. Elan edilmiş ilkin nəticələrə görə sakinlərin böyük əksəriyyəti müstəqillik üçün səs verdilər. 9 iyul 2011-ci ildə Cənubi Sudan dünyanın 194-cü ölkəsi kimi öz müstəqilliyini elan etdi.
14 iyul 2011-ci ildə BMT-yə qəbul edilmişdir. Cənubi Sudan şərqdə Efiopiya, cənubda Keniya, Uqanda, Konqo Demokratik Respubli kası, qərbdə MAR, şimalda Sudan ilə həmsər həddir. Ölkənin okeana çıxışı yoxdur. Quraq dövr az müddət davam edir və əsasən qışda yaranır, şimala getdikcə quraq dövr çoxalır. Yağıntıların illik miqdarı şimalda 700 mm, cənub-qərbdə 1400 mm-dir. Cənubda bitən ekvatorial meşələr, şimala doğru subekvatorial və seyrək meşələrlə əvəz olunur. Əhalinin çox hissəsi ekvatorial irqə daxildir, nilot xalqlarının nümayəndələridir.
Onlar arasında dinka, nuer, azande, bari və şilluk xalqlarının sayı çoxdur, ölkənin təsərrüfatı hələlik çox zəif potensiala malikdir, dünyanın ən kasıb ölkələrindən biridir. Əhali əsasən kənd təsərrüfatında çalışır, daxili istehlak üçün məhsul becərirlər. Lakin ölkədə olan neft ehtiyatlarından istifadə ediməsi onun yaxın vaxtlarda inkişafına kömək edə bilər.
06.05.2022