Eritreya Dövləti
Sahəsi: 121100 km2
Əhalisi: 5,0 mln nəfər
Əhalinin sıxlığı: 43 nəfər/km2
Paytaxtı: Əsmərə (506 min nəfər)
Əsas dillər: tiqray, ərəb, afar, ingilis
Dini etiqad: pravoslav (50%), islam (50%)
Pul vahidi: nakfa
Dövlət quruluşu: respublika
Eritreya Afrikanın ən yeni dövlətlərindən biri dir. Ölkə 1993-cü ildə Efiopiyadan ayrılaraq müstəqillik əldə etmişdir. O, Qırmızı dənizin sahilləri boyu 1000 km-ə qədər uzanır. Efiopiyanın keçmiş əyaləti olan ölkə isti və quraq sahilboyu düzənliyi tutur. Sonra hündür lüyü okean səviyyəsindən 1500 m-dən 3000 m-ə qədər yüksəkliyi olan yaylaya keçir. Dağlıq ərazilərdə yağıntılar bir qədər çox düşür,, lakin kifayət qədər deyildir. Ölkə tez-tez quraqlıqdan əziyyət çəkir. Ərazinin 5%-i əkinçilik üçün yararlıdır. Eritreya 1952-ci ildə BMT-nin qərarı ilə idarə olunmaq üçün Efiopiyaya verildi. Əhali 40 il ərzində müstəqillik uğrunda müharibə apardı. Bu zaman yüz minlərlə insan həlak olmuş, infrastruktur və meşələrin xeyli hissəsi məhv edilmişdir. 1990-cı illərin ortalarından ölkədə neft kəşfiyyatı aparılır. Sahilboyu şelf zonasında neft ehtiyatlarının kifayət qədər olduğu güman edilir. Əhali qəhvə, tərəvəz becərir, mal-qara saxlayır. Əhalinin 70%-i beynəlxalq təşkilatlardan ərzaq yardımı alır. Eritreya çoxmillətli ölkədir və əhalinin 80-85%- ni tiqray və tiqre xalqları təşkil edir. 1998-2000- ci illərdə Eritreya mübahisəli ərazilər uğrunda Efiopiya ilə müharibə aparmışdır.
09.05.2022