Mərkəzi Afrika Respublikası (MAR)
Sahəsi: 622 436 km2
Əhalisi: 4,8 mln. nəfər (2010)
Əhalinin sıxlığı: 77,1 nəfər/km2
Paytaxtı: Banqi (747 min nəfər)
Əsas dillər: fransız, sanqo, qvaya
Dini etiqad: protestantlıq (50%), ənənəvi yerli dinlər (35%), islam (sünni etiqadı 15%)
Pul vahidi: Afrika frankı
Dövlət quruluşu: respublika
MAR 1960-cı ildə Fransanın müstəmləkəsindən azad olmuşdur. Onun tarixi bir-birinin ardınca olan dövlət çevrilişi sırasında ibarətdir. MAR-nın ərazisinin çox hissəsini hündürlüyü 600 m-dən 900 m-ə qədər olan Azande yaylası tutur. Şimal-qərbdə Baqaranqa və Bakore, şimal-şərqdə Fertit dağları uzanır. Cənubda ekvatorial meşələr vardır. Meşələrin bir hissəsi qorilla və bəbirlərin mühafizəsi üçün qoruq elan edilmişdir. Ərazinin qalan hissəsini savanna və seyrək meşələr örtür, şimalda onlar yarımsəhralara keçir. Dünyanın ən kasıb ölkələrindən biri olan MAR-ın əhalisinin 80%-i natural kənd təsərrüfatı (becərdikləri məhsulu bazarda başqa bir məhsula dəyişirlər) ilə məşğul olur, qəhvə, pambıq, qarğıdalı, banan, tütün əkilir. Ölkədə uran, dəmir filizi və mis ehtiyatları olsa da, yalnız almaz hasil olunur. Bu sahə ixrac gəlirlərinin 40%-ni təmin edir.