Müqəddəs Yelena adası
Sahəsi: 122,0 km2
Əhalisi: 7,6 min nəfər (2006)
İnzibati mərkəzi: Ceymstaun (1400 nəfər)
Rəsmi dil: ingilis
Dini etiqad: protestantlıq
Pul vahidi: yerli buraxılış olan B.Britaniya funtu
Dövlət quruluşu: Böyük Britaniyanın mülkü
Adalar qrupuna Müqəddəs Yelena, Tristan-de Kunya və Vozneseniya adaları daxildir. 2010-cu ildə bu ərazilər yeni rəsmi ad almışdır. Onlara Müqəddəs Yelena adası adı verilmiş və B.Britaniyanın xarici ərazisi olmuşdur. Müqəddəs Yelena adası Afrikanın cənub-qərbində yerləşir. Adanın dağlıq relyefi vadilərlə parçalanmışdır. Əhalinin yarısı Ceymstaunda yaşayır. Burada təbii buxta və liman vardır, kartof, qarğıdalı və kətan becərilir. Ada B.Britaniyadan olan subsidiyalar hesabına yaşayır. Müqəddəs Yelena adası Fransa imperatoru N.Bonapartın sürgün edildiyi son yerdir. Vulkan mənşəli Tristan-da-Kunya adalarının az saylı əhalisi kartof becərir, lanqust tutur. Vulkan mənşəli Vozneseniya adası Müqəddəs Yelena adasından şimal-qərbdədir və hərbi baza kimi istifadə olunur