Madaqaskar Respublikası
Sahəsi 587041 km2
Əhalisi 20,1 mln. nəfər (2010)
Əhalinin sıxlığı: 34,2 nəfər/km2
Paytaxtı: Antananarivu (17 mln nəfər)
Əsas dillər: malaqasi, fransız, ingilis
Dini etiqad: ənənəvi yerli dinlər (52%), katoli[1]sizm, protestantlıq (birlikdə 41%), islam (7%)
Pul vahidi: ariari
Dövlət quruluşu: respublika
Madaqaskar böyüklüyünə görə dünyada dördüncü yeri tutan adada yerləşir. Ölkə iqtisadi cəhətdən çox kasıbdır. Bununla yanaşı çoxsaylı nadir bitki və heyvan növləri olması ilə tanınır. Adada yaşayan malaqasilər qarışıq mənşəli xalqlardır. Ən böyük qrup indoneziyalıların nəsilləridir. Güman edilir ki, min ildən də əvvəl Cənub-Şərqi Asiyadan olan mühacirlər adada məskunlaşmışlar. Əhalinin əsas məşğuliyyəti ya kənd təsərrüfatında, ya da onun məhsullarını emal edən, ərzaq məhsulları, sizal kəndirləri, şəkər, toxuculuq məmulatı istehsal edən sənayedə çalışır. Əhalinin əsas ərzaq məhsulu düyüdür. Adada qəhvə, vanil, mixək, istiot, şəkər qamışı və tütün becərilir. Ölkədə olan 10 mln. baş iri buynuzlu mal-qaranın əsas hissəsini donqarlı zebu antilopu təşkil edir. Dünyanın ən kasıb ölkələrindən biri olan Madaqaskar sürətlə artan (ildə 3%) əhalinin təminatı üçün ərzaq idxal edir. Təhsil və səhiyyənin səviyyəsi yüksək deyil, lakin son illərdə malyariya xəstəliyinin kökü kəsilmişdir. Madaqaskar adası, təqribən 50 milyon il əvvəl materikdən ayrılmışdır. Hazırda ada Afrikanın sahillərindən 400 km şərqdə yerləşir və ondan Mozambik boğazı ilə ayrılır. Adanın şimalından cənubuna doğru dağlıq yayla uzanır, şərqə doğru sıldırım yamacla okeana enir. Qərbdə sahilboyu ərazi düzənlik relyefə malikdir. Çayların vadilərində əkinçilik üçün yararlı olan məhsuldar qırmızı torpaqlar üstünlük təşkil edir. Adadakı bitki və heyvan növlərinin 75%-dən çoxuna planetimizin başqa yerlərində rast gəlinmir. Xarici dövlətlər tərəfindən edilən yardımlar əsas hissəsi torpaqların eroziyası və meşələrin qırılması nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşmiş olan nadir bitki və heyvan növlərinin qorunması üçün nəzərdə tutulur. Primatlar dəstəsinə aid olan yarımeymun lemurlara təbii halda yalnız Madaqaskar adasında rast gəlinir.