YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zimbabve Respublikası

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 390 757 km2 


Əhalisi: 12,6 mln. nəfər (2010) 


Əhalinin sıxlığı: 32,3 nəfər/km2


Paytaxtı: Xarare (1881 min nəfər) 


Əsas dillər: ingilis, şona, ndebele 


Dini etiqad: protestantlıq (70%), ənənəvi yerli dinlər (30%-ə qədər), katolisizm 


Pul vahidi: Zimbabve dolları 


Dövlət quruluşu: respublika

 

Böyük Britaniyanın müstəmləkəsində olduğu illərdə Zimbabve Cənubi Rodeziya, 1965-1980-ci illərdə Rodeziya adlanmışdır. Zimbabve ərazisinin çox hissəsini Matabele və Maşona yaylaları tutur. Şərqdə yerləşən İnyanqa dağında ölkənin ən hündür nöqtəsi olan İyanqani zirvəsi (2592 m) yüksəlir. Şimalda Zambiya ilə sərhəd boyu Zambezi çayı axır, orta axarında böyük Kariba su anbarı qurulmuşdur. Çayda 1955-1960-ci illərdə tikilmiş Kariba SES-İ qonşu Zambiya ilə birlikdə ölkəni enerji ilə təmin edir. Zimbabvenin cənub sərhəddindən Limpopo çayı keçir. Şəhərlərə intensiv miqrasiyalara baxmayaraq, əhalinin 63%-i kəndlərdə yaşayır və natural təsərrüfatla məşğul olur. Əsas ərzaq məhsullarına araxis, qarğıdalı, qəhvə, şəkər qamışı, tərəvəz və çəltik aiddir. Mühüm ixrac bitkiləri pambıq və tütündür. Heyvandarlıqda iri buynuzlu mal-qara saxlanması üstünlük təşkil edir. Zimbabve faydalı qazıntıların, o cümlədən qızıl, nikel, platin və asbestin böyük ehtiyatlarına malikdir. Dağ-mədən, metal emalı, kimya sənayesinin inkişaf səviyyəsinə görə Zimbabve Afrikada CAR-dan sonra ikinci yeri tutur.