YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Badyan

Badyan və ya ulduzvari cirə həmişəyaşıl tropik İllicium verum ağacının məhsuludur. Badyanın toxumları 7,8,9, və ya 12 toxumun bir çətirdə birləşməsində yetişir. Toxumlar uzunsov, kiçik, dişciyə bənzər yuvalarda olur.

 

Badyanın vətəni Cənub-Şərqi Çin və Yaponiya hesab edilir. Onu bir çox tropik ölkələrdə (Koreya, Vyetnam, Kamboca, Hindistan, Flippin və Yamayka) də yetişdirirlər. Aromaterapiya zamanı yağından tətbiq edilir. Badyan tünd şirin, kəskin dad və xüsusi ətrə malikdir.

 

Ondan kulinariyada, parfümeriyada və xalq təbabətində geniş istifadə edilir. Orqanizm üçün badyanın həm toxumları, həm yağı, həm də yarpaqlarından istifadə edilir. Badyan orqanizmə iltihab əleyhinə, spazmolitik, meteorizm əleyhinə təsir göstərir. Badyan mədənin fəaliyyətini yaxşılaşdırır. Onu azyaşlı uşaqlara vermək bağırsqlardan qazın xaric olunmasının sürətlənməsinə səbəb olur. Dəri üzərində olan bakteriyaları təmizləyir.