YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Həsən Seyidov

Həsən Mirəli oğlu Seyidov 1910-cu ildə İrəvanda tacir ailəsində anadan olmuşdur. 1918-ci ildə İrəvanda Körpübulağı məhəlləsindəki məktəbin birinci sinfinə daxil olmuş, elə həmin ildə ermənilərin İrəvanda törətdikləri qırğınlardan canını qurtaran Seyidovlar ailəsi Qarsa qaçmışdır. Atasının orada vəfatından sonra ailəsi Tiflisdə yaşayan dayılarının yanına gəlmişdir. H. Seyidov Tiflisdə Əncümən məktəbində oxumuşdur. 1925-ci ildə onun ailəsi Bakıya köçmüşdür. 1931-ci ildə Sənaye İnstitutunun kənd təsərrüfatı fakültəsini bitirmuşdir.


Təhsilini davam etdirmək üçün H.Seyidov Moskvaya aspiranturaya göndərilir. 1934-cü ildə namizədlik dissertasiyası müdafiə edərək kənd təsərrüfatı üzrə ilk elmlər namizədi kimi Bakıya qayıdır. 1937-ci ildə Pambıqçılıq İnstitutunun direktoru,. 1941-ci ildə Kənd Təsərrüfatı İnstitutunun rəhbəri təyin edilir. 1943-cü ildə Azərbaycan KP MK-nın kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləyir, bir il sonra MK-nın 3-cü katibi, 1946-cı ildə isə MK-nın 2-ci katibi seçilir. 1950-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini təyin edilir.


H. Seyidov 1952-ci ildə Bakı şəhər icraiyyə komitəsinin sədri, bir il sonra isə Dövlət Plan Komitəsinin sədri vəzifəsinə təyin edilir. 1960-1961-ci illərdə yenidən Pambıqçılıq İnstitutunun direktoru, sonra isə Plan Komitəsi sədrinin müavini olmuşdur. 1970-ci ilədək Dövlət Tərəvəzçilik və Meyvəçilik Komitəsinin sədri vəzifəsində işləmişdir.


H.Seyidov təqaüdə çıxdıqdan sonra 1972-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, Yer Quruluşu Layihə İnstitutunda şöbə müdiri vəzifəsində işləmişdir.