YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Polineziya Tuvalu

Sahəsi: 26 km2 


Əhalisi: 12 min nəfər 


Əhalinin sıxlığı: 461,5 nəfər/ km2 


Paytaxtı: Funafuti (Fonqafale; 5,4 min nəfər) 


Rəsmi dillər: ingilis, tuvalu 


Dini etiqad: protestantlıq 


Pul vahidi: Tuvalu dolları 


Dövlət quruluşu: Böyük Britaniya şahzadəsinin başçılıq etdiyi dövlət. Birlik üzvü

 

Tuvalu Polineziyada 9 mərcan atollundan ibarətdir. Bu cavan dövlət 2000-ci ildə BMT-yə üzv qəbul edilmişdir. Dünyanın ən kiçik və təcrid olunmuş ölkələrindən biri olan Tuvalu 1978-ci ilədək Böyük Britaniya müstəmləkəsi olan Ellis və Hilbert adalarının bir hissəsi olmuşdur. Ölkənin əhalisi natural kənd təsərrüfatı ilə məşğul olur. Adaların ovalıqda yerləşən şoran torpaqlarında yalnız kokos palması bitir. Əhalinin əsas məşğulliyyəti kokos toplanması, toyuq, ördək və donuz saxlamaqdır. Kopra ixrac edilən əsas məhsuldur.

Ölkəyə ərzaq gətirilir. Hesablamalara görə 2050-ci ilə qədər adalar okean səviyyəsinin qalxması ilə əlaqədar sular altında qalacaqdır. Ona görə sakinlərin Yeni Zelandiya və ya Fici adalarına köçürülməsi üzrə layihələr hazırlanır. İş yerləri az olduğuna görə ölkə əhalisinin xeyli hissəsi xaricdə işləyir. Balıq ehtiyatları onun əsas təbii sərvətidir. Onun ovlanması üçün lisenziyalar xarici şirkətlərə satılır (ABŞ, Koreya Respublikası və s.). Beynəlxalq yardım və poçt markalarının satılması mühüm rol oynayır, qayıq istehsal olunur.

Ölkənin internetdə identifikasiya kodu və veb-saytından Kanadanın mətbuat şirkətlərinə istifadə hüququ verməsi dövlət xəzinəsinə milyonlarla dollar gəlir gətirir.