Mavritaniya İslam Respublikası
Sahəsi: 1030700 km2
Əhalisi: 3,4 mln. nəfər (2010)
Əhalinin sıxlığı: 3,3 nəfər/km2
Paytaxtı: Nuakşot (847 min nəfər)
Əsas dillər: ərəb, volof, fula (tukulor)
Dini etiqad: islam (sünni təriqəti)
Pul vahidi: uqiya
Dövlət quruluşu: respublika
Mavritaniya əvvəllər Fransanın müstəmləkəsi olmuş, 1960-cı ildə müstəqillik qazanmışdır. Bu dövrdən sonra ərəb ölkələri ilə əlaqələri genişlənir, lakin regionun geri qalmış ölkələrindən biridir. Mavritaniya Böyük Səhrada və Sahelin yarımsəhra zonasında yerləşir. Əkinçilik Seneqal çayının kənarlarında və Atlantik sahillərinin bəzi rayonlarında mümkündür. Natural təsərrüfatla məşğul olan əkinçilər xurma, taxıl və paxlalı bitkilər, araxis, darı, düyü becərir. Köçəri mal darlar xırda və iri buynuzlu mal-qara, şimalda dəvə saxlayırlar. Sahilboyu şelf ərazilərdə ov əhəmiyyətli balıqlar çoxdur. Dövlət bu sahəni öz nəzarətində saxlayır. Ona görə ki, büdcə gəlirlərinin əsas hissəsini bu sahə verir. Dəmir filizi ixracı da mühüm əhəmiyyət kəsb edir. Balıqçılıq və dəmir filizi hasilatı ixrac gəlirlərinin 99%-ni verir. Ölkədə qızıl, mis, neft hasil olunur, həmçinin, iri gips ehtiyatlarına malikdir. Mavrlar ərəblər və bərbərlərin nəsilləridir, ölkə əhalisinin böyük əksəriyyətini təşkil edir. Respublikanın si yasi strukturunda onların üstünlük təşkil etməsi müxtəlif etnik qruplara məxsus olan qaradərili əhali arasında narazılıq yaradır. Bu narazılıqlar milli-etnik münaqişələrə səbəb olur. Qaradərili insanlar ölkə əhalisinin 30%-ni təşkil edir.