Maqnit
Maqnit - xüsusi əlamətlərə malik materialdır. O, bəzi metalları özünə cəzb edə bilir. Hər bir maqnit iki qütbə malikdir, bu qütblər “şimal” və “cənub” adlanır.
Maqnit bəzi metalları cəzb etməyindən başqa, həm də başqa maqniti cəzb edə bilir: bir maqnitin cənub qütbü başqa maqnitin şimal qütbünü özünə çəkir, şimal qütbü isə cənub qütbünü özünə çəkir. Beləliklə, iki maqnitin müxtəlif qütbləri bir-birini cəzb edir, ancaq eyni adlı qütblər isə əksinə, bir-birini itələyir. Maqnit dəmir, polad, kobalt və nikeldən olan materialları özünə çəkə bilir, ancaq qızıl, mis və gümüş kimi metalları, həmçinin plastik və ağac kimi materialları özünə çəkmir.
16.09.2022