Gen mühəndisliyi nədir?
Gen mühəndisliyi canlı orqanizmlərin genlərini və ya nəsilliklə keçən xüsusiyyətlərini öyrənən və onları süni sürətdə dəyişdirməyə imkan verən bir elmdir. Nəsilliklə keçən xüsusiyyətlərin dəyişməsinə mutasiya deyilir.
Bitkilərdə müəyyən mutasiyaları yaratmaqla onların bizə lazım olan dad, ölçü, davamlılıq kimi keyfiyyətlərini yaxşılaşdırmaq olar. Bu qayda ilə daha az toxumu olan portağal, xəstəliyə qarşı dözümlü olan pomidor, adi bananlardan daha tez böyüyən bananlar və ərik dadlı şaftalı yetişdirmək olar.
17.09.2022