YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Hidra

Hidra haqqında qədim bir əfsanə var. Hidra bir neçə başı olan dəhşətli əjdaha imiş.Onun hər kəsilən başının yerində o dəqiqə iki yeni baş əmələ gəlirmiş. Bəs, bu qorxunc heyvanın 1 santimetr uzunluğunda olan və su hövzələrində yaşayan kiçik canlılarla nə əlaqəsi var? Axı onlara da hidra deyilir.

 

Məsələ bundadır ki, bu qəribə canlılar da əfsanəvi əjdahalar kimi yenidən yaranma xüsusiyyətinə malikdir. Bu xüsusiyyətə regenerasiya deyilir. Əlbəttə, bu hidrada yeni başlar əmələ gəlmir. Əslində, onun heç başı yoxdur. Lakin hidranı xırda-xırda doğrasanız, hər kiçik hissədən yeni hidra əmələ gələcək. Hidralar şirin sularda yaşayırlar. Ağzının ətrafında 4-20 ədəd lamisə çıxıntısı var.

 

Hidranı su bitkilərinin üzən yarpaqlarının altında tapmaq mümkündür. O, yarpaqlara yapışaraq, öz nazik qollarını uzadarkən, lap balaca səkkizayaqlı ilbizə oxşayır. Hidranın qolları gicitkən qolu kimi dalayıcıdır, onlarda olan zəhər ən xırda balıqları iflic edə bilir. Hidra, adətən kiçik xərçəngləri, ağcaqanad yumurtalıqlarını və soxulcanları qolları ilə tutur və o dəqiqə də ağzına qoyur. Payızda hidraların çoxu məhv olur, yazda isə mayalanmış yumurtalardan cavan hidralar inkişaf edir.