YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dənli bitkilər

Dənli bitkilər ot bitkiləridir, onların uzun nazik yarpaqları və içərisi boş olan sərt gövdələri var. Gövdənin sonunda içərisində dənli bitkilərin məhsulu olan toxumlar dolu sünbül var. Taxıl bitkiləri insanların becərdikləri və dənlərinin qida kimi istifadə etdikləri dənli bitkilərdir. Məsələn, buğda və çovdar dənlərindən un hazırlayır, undan isə çörək bişirilir. Arpa, yulaf, düyü, qarabaşaq və qarğıdalı kimi tanınmış dənli bitkilər var.

 

Bəzi dənli bitkilər o qədər də tələbkar deyil və yabanı halda çəmənlikdə bitir, bu yabanı dənli bitkilər kənd təsərrüfatı heyvanları üçün yemdir.

 

Şəkər qamışı və bambuk da dənli bitkilərə aiddir, ancaq insanlar üçün onların məhsulları yox, gövdələri maraq kəsb edir: bambukun gənc qanadları yeyilir, böyümüş və bərkiyib ağaclaşmış gövdələri isə xırda işlər üçün qiymətli materialdır.