YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qətər Əmirliyi

Sahəsi: 11427 km2

 

Əhalisi: 1,7 mln. nəfər (2010)

 

Əhalinin sıxlığı: 148,8 nəfər/km2

 

Paytaxtı: Doha (723 min nəfər)

 

Əsas dil: ərəb (40%)

 

Dini etiqad: islam (sünni təriqəti)

 

Pul vahidi: rial

 

Dövlət quruluşu: mütləq monarxiya

 

BƏƏ və Səudiyyə Ərəbistanı ilə həmsərhəd olan Qətər Əmirliyi İran körfəzinə doğru irəliləmiş yarımadada yerləşir.

 

Qətərin ərazisinin böyük hissəsi qumlu səhralardır, qərb sahillərində alçaq təpələr vardır. İsti və quru səhra iqlimi şəraitində temperatur 12°C-dən 35°C-yə qədərdir. Noyabrdan may ayına qədər düşən yağıntının orta illik miqdarı 100 mm-dən çox olmur, ölkədə şirin suya olan tələbatı ödəmək üçün artezian quyuları və kəhrizlər qazılır. Lakin ölkə dəniz suyunun şirinləşdirilməsindən asılıdır.

 

Qətərdə neft ehtiyatı nisbətən az olsa da, təbii qaz ehtiyatına görə dünyada üçüncü yeri tutur. Əkinçilik üçün istifadəyə yararlı torpaqlar az olsa da, suvarma şəraitində tərəvəz və qarpız becərilir. Kənd təsərrüfatı məhsulları əhalinin ərzağa olan tələbatının yalnız 10%-ni ödəyir. Təsərrüfatın mühüm sahəsi balıqçılıqdır. İldə 50 min ton balıq ovlanır. Dövlət təsərrüfatın neftdən asılılığını azaltmaq üçün balıqşılıq və kənd təsərrüfatının inkişafına dəstək verir.

 

Əhalinin ənənəvi məşğuliyyət sahələrindən biri də mirvari toplanmasıdır. Neft emalı, gübrə, sement, polad istehsalı, təbii qaz sıxılması müəssisələri vardır. Əmirliyin hər beş sakinindən yalnız biri Qətərdə doğulmuşdur. Neft hasilatının inkişafı xarici ölkələrdən, xüsusilə də İran, Pakistan və Hindistandan işçi qüvvəsinin axınına imkan vermişdir. Qətərin yerli sakinləri bədəvilərdir. Əhalinin 80%-dən çoxu şəhərlərdə yaşayır.

 

Qətər irsən keçən monarxiya quruluşuna malikdir. Dövlətin başçısı əl-Tani sülaləsindən olan əmirdir. Neft və qazın satışından əldə olunan gəlirlər hesabına Qətər zəngin dövlətə çevrilmişdir. Ölkədə vətəndaşlar gəlir vergisindən azad etmişdir, pulsuz təhsil və tibbi xidmət alırlar. Xarici ölkələrdə, xüsusilə ABŞ-da təhsil almaq üçün dövlət maliyyə vəsaiti ayırır.