Qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülüb.
Xaricə lava, vulkanik qazlar, daşlar püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaricə atılması ilə müşayiət olunur.
Bu zamanı təkcə közərmiş mayelər yox, eyni zamanda bərk və qaz halında olan maddələr də yer səthinə çıxır. Formasına (şit və ya stratovulkanlar), aktivliyinə (hərəkətdə olan, yatmış, sönmüş), yerinə görə (yerüstü, sualtı, buzaltı) təsnifatlandırılır.
Son illərin ən böyük vulkan püskürmələri:
1985-ci il, 14-16 noyabr — Kolumbiya, Nevado-del-Ruis;
1991-ci il, 10-15 iyun — Filippin, Luson və Pinatubo vulkanları;
1997-ci il, 30 iyun — Meksika, Popokatepetl vulkanı;
2000-ci il, 14 mart — Rusiya, Kamçatka, adsız vulkan;
2010-ci il, 21 mart — İslandiya, Eyyafyatlayokudl vulkanı.
27.01.2015