Fleyta
Fleyta-ən qədim musiqi alətlərindən biri olub, çoban tütəyindən meydana gəlmişdir.
Fleyta quş səsinə bənzər incə, sehrli, zil səsə malikdir. Orkestrdə violindən sonra ən geniş yayılmış solo alətdir. Fleyta təbiət obrazlarını təcəssüm etdirir. Diapazonu birinci oktavadan dördüncü oktavaya qədərdir. Fleyta aşağıda tutqun, yuxarıda kəskin, orta registrdə isə yumşaq və ahəngli səslənir. Fleytanın əsas növündən əlavə, orkestrdə çox vaxt “pikkolo-fleyta” adlanan kiçik fleytadan da istifadə olunur.
01.12.2022