Valtorna
Valtorna (alman dilindən Waldhorn-"meşə buynuzu") — mis-nəfəsli musiqi alətidir.
Ov buynuzundan meydana gəlmiş bu alət təbiət, çəmən, meşə səslərini təcəssüm etdirir. XVII-ci əsrin ortalarından orkestrə daxil edilmişdir. “Valtornanın qızıl keçidi” adlanan üç intervalın-seksta, kvinta və tersiya-ardıcıllığının səslənişi ov buynuzunun siqnallarını xatırladır.
05.12.2022