Malavi Respublikası
Sahəsi: 118 484 km2
Əhalisi: 15,4 mln. nəfər
Əhalinin sıxlığı: 130,0 nəfər/km2
Paytaxtı: Lilonqve (850,0 min nəfər)
Əsas dillər: ingilis, nyanca, çeva, lambe
Dini etiqad: protestantlıq (39%), katolisizm (25%), islam (15%), ənənəvi yerli dinlər (8%)
Pul vahidi: Malavi kvaçası
Dövlət quruluşu: respublika
Malavi Afrikanın ən kasıb və zəif inkişaf etmiş dövlətlərindən biridir. Respublika Nyasa (Malavi) gölünün qərb sahilində zolaq şəklində yerləşir. Göl ölkənin 1/5-ni tutur.
Nyasa gölü Şərqi Afrika rift zonasında yerləşən tektonik mənşəli göldür. 1891-1964-cü illərdə ölkə Böyük Britaniyanın müstəmləkəsi olmuş və Nyasalend adlanmışdır. Ekvotorial iqlim şəraitində qış (may-oktyabr) quru, yay (no yabr-aprel) yağıntılı keçir, orta aylıq temperatur 15°C-dən aşağıdır. Ölkə ərazisinin çox hissəsini yüksəkliklər, yay lalar və dağlar tutur. Cənub-şərqdə yüksələn Mulanco dağ massivində ən hündür nöqtə Sapitva (3002 m) zirvəsidir, ölkənin ərazisinin 50%-dən çoxu meşələr ilə örtülüdür. Onlar sürətlə əkin yeri və yanacaq üçün qırılır.
Malavi çay (Keniyadan sonra) və tütün (Zimbabvedən sonra) istehsalı ilə yanaşı, onların ixracına görə də Afrikada ikinci yeri tutur. Daxili tələbatı ödəmək üçün batat, kalış, qarğıdalı (mais), pambıq, araxis, meyvə-tərəvəz becərilir. Nyasa gölündə balıqçılıq inkişaf etdirilir. Hər il 60 min ton balıq ovlanır, ölkədə sənaye demək olar ki, yoxdur, dağ-mədən, toxuculuq, yeyinti sahələri yaradılmışdır, mineral ehtiyatlar kifayət etmir.
Elektrik enerjisinin 90%-i SES-lərdə istehsal olunur. Regionun digər ölkələrindən fərqli olaraq Malavidə milli-dini və dini zəminində münaqişələr baş vermir. Xəstəliklərin, yoxsullu ğun yayılması, tibbi xidmətlərin aşağı səviyyəsi əhalinin sayının artımını ləngidir. Burada orta ömür müddəti 50 ildir. 15 yaşadək uşaqlar əhalinin 45%-ə qədərini təşkil edirlər.
26.12.2022