Ekstremal hava
Bu gün biz kosmosdan havanı müşahidə edə və hətta proqnozlaşdıra bilərik, lakin bizim hələ də edə bilməyəcəyimiz havaya nəzarət etməkdir.
Hava yer kerəsində ən böyük güclərdən biridir və özünün ifrat formasında qorxulu, öldürücü təbii qüvvədir.
Qasırğa
Siklon və ya tufan kimi tanınan bu güclü hava axını yolların, evlərin dağılmasına səbəb olur. 2005-ci ildə baş veren 280 km/saatda hərəkət edən Katrina qasırğası ABŞ-da Nyu-Orlean ştatında daşqınlar və 1500 nəfərin ölümü ilə nəticələnib.
Fırtına
Fırtına mülayim hava kütləsinin yuxarı qalxması və soyuyaraq bulud topasının həddindən artıq böyüməsi nəticəsində əmələ gəlir. Su buxarı soyuduqca bu ağır yağış kimi yerə düşür.
İldırım
Buludlar yer arasında və ya iki müxtəlifyüklü bulud arasındakı elektrik boşalmasıdır. Buludun alt hissəsi mənfi, üst hissəsi isə müsbət ionlarla yüklənir. Bunlar arasında elektrik axını partlayəşa səbəb olur.
Daşqın
Digər ekstremal atmosfer hadisələri ilə müqayisədə daha çox insan ölümünə və ziyan vurulmasına səbəb olur. 1997-ci ildə Banqladeşdə daşqınlar nəticəsində 250000-dən artıq adam evsiz-eşiksiz qalmışdır.
Hava proqnozlaşdırılması
Hava gözlənilməzdir, lakin bir çox hallarda meteoroloqlar baş verəcək ekstremal hava barədə bizi məlumatlandırmaqla insanların həyatını xilas edə bilərlər. Hava peykləri Yer ətrafında daimi hərəkət edərək şəkillər çəkirlər. Bütün dünyada-quruda və dənizdə 10000-ə qədər hava stansiyaları var ki, buludluluq, temperatur, hava təzyiqi, küləyin istiqaməti və sürəti və s. barədə məlumat toplayır. Onlar informasiyanı böyük kompyuterlərə ötürməklə meteoroqlara havanın necə olacağı barədə proqnoz verməyə imkan yaradır. Hazırda dünyada təxminən 2000 göy gurultusu baş verir.
Hər il ildırım 100-ə qədər insan ölümünə səbəb olur. Hər il Avstraliya 15000-ə qədər meşə yanğınlarında əziyyət çəkir.
Çili Yer kürəsində ən quru yerlərdən biridir. 1903-cü ildən 1918-ci ilə qədər orada yağıntı olmayıb.
2004-cü ildə sunami Hind okeanın sahillərini vuraraq 230000 nəfərin ölümünə səbəb olub.
Dolu
Dolu kümülüs içərisində formalaşır və adətən, fırtına zamanı düşür. Dolu, adətən, mərmər böyüklüyündə olur, lakin 2003-cü ilin iyun ayında ABŞ-da düşən dolunun ölçüsü 17,8 sm olub. Bu futbol topu ölçüsündədir.
Tornado
Tornado topa yağış buludları ilə əlaqəli şəkildə fırlanan sütunşəkilli hava axını olmaqla böyük dağıntılara səbəb olur. ABŞ digər dünya ölkələrinə nisbətən tornadodan daha çox əziyyət çəkir. Tornado binaların, tikililərin dağılmasına və insanların həyatının itirilməsinə səbəb ola bilər.
Yanğın
Dağıdıcı meşə yanğınlarının kilometrlərlə əraziyə yayılması üçün quru, yanmış torpaq ildırımın olması kifayət edir. Yanğın şəhər ərazilərini idarə etsə, evlərin dağılması və insanların həyatını itirməsinə səbəb ola bilər.
Qar
Qar axını həm böyük əyləncə, həm də ölümcül ola bilər. Qar fırtınası maşınların və hətta evlərin üzərini örtə bilər. 1999-cü ildə güclü qar Avstriyanın Qaltur şəhərini 10 m örtərək üçquna səbəb olub.
10.01.2023