Hıçqırmaq nədir?
Hıçqırmaq diafraqmanın qəfil yığılması zamanı istənilmədən alınan qəfil nəfəsvermədir.
Alimlər hıçqırığın səbəbini müxtəlif cür izah edirlər. Bəziləri belə hesab edir ki, insan əsəbiləşəndə qışqırır, digərləri diafraqmanın yığılmasına qida və tənəffüs sistemləri arasında əlaqənin pozulmasını səbəb gətirirlər: məsələn, insan tələsik yeyən zaman normal tənəffüs ritmi pozulur, çünki ağız qidanı çeynəmək və udmaqla məşğuldur.
Hər bir halda tənəffüs normal qaydaya düşdükdə hıçqırma keçib gedir.