YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Polimerlər

Bir də görürsən ki, nazik bir ağacı külək hər tərəfə əyir, lakin sındıra bilmir, ağac az qala yerə dəyir, amma yenidən dikəlir və heç bir şey olmayıbmış kimi şax dayanır. Belə elastikliyi ağaca verən onun tərkibinə daxil olan xüsusi maddələrdir ki, bunlara polimerlər deyilir. Əsas ağac polimeri-sellülozdur.


Təbiətdə hər addımda polimerlərə rast gəlmək olur, hara baxırsan hər yerdə polimer var. İnsan orqanizmini təşkil edən maddələrin içərisində də polimerlər az deyil. Əzələ toxuması, dəri, tüklər də polimerlərdir. Son vaxtlara qədər polimerləri yalnız təbiət yaradırdır. Lakin indi insan onu tam öyrənmişdir. Məlum olmuşdur ki, polimerlər-kiçik molekul halqalardan (monomerlərdən) ibarət olan iri molekul-zəncirləridir. Eyni halqalar dəfələrlə təkrar edilir. Ona görə də bu maddələrin adının əvvəlində “poli” (yunanca “Çox” deməkdir) duru.

 

Monomerlər qaz şəkilli, maye yaxud bərk, polimerlər isə yalnız maye, yaxud bərk halda olur. Uzun molekul-zəncirlərin müxtəlif şəkildə hörülməsi maddəyə möhkəmlik, elastiklik, plastiklik verir. Təsadüfi deyil ki, bəzi polimerləri plastik kütlə adlandırırlar. Əgər zəncirlər bir xətt üzrə eyni bir istiqamətdə dartınmışsa, bu zaman möhkəm, əyilgən maddələr adlanır. Əgər onlar yumaq şəklindədirsə, rezin keyfiyyətli maddə yaranır. Zəncirə bircə dənə halqa əlavə etsən, polimerdə yeni xassələr meydana çıxır. Əgər eyni bir halqanı zəncirin müxtəlif yerlərində əlavəetsən, hər dəfə yeni maddə ala bilərsən. Alimlər bütün bunları bildikləri üçün istədikləri qeyri-adi, qəribə keyfiyyətli polimerləri yaratmağı bacarırlar.


Polad kimi möhkəm, nəcib metallar kimi davamlı, rezin kimi elastik, pambıq kimi yumşaq polimerlər dəzgahlarda və təyyarələrdə metalı əvəz edir; bir çox tikinti materiallarının yerinə işlənir, pambıq, yun və ipəklə rəqabət aparır.