Qatır körpüsü
Yuxarı Əskipara kəndində Qatır körpüsü. Bu körpü Əskipara çayının üzərindən atılaraq Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığında tikilib. Körpünün uzunluğu 7,3 m, mərkəzi hissəsinin eni 2,7 m, ümumi hündürlüyü isə tağ yerindən su səthinə qədər 5,8 m təşkil edir. Körpü birtağlı olaraq qaya daşlarından inşa olunub. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Onun keçid hissəsinin üst örtüyü torpaqdandır.
1990-cı ildə Ermənistan Silahlı Qüvvələri Qazax rayonunun Yuxarı Əskipara kəndini işğal edib yandırmışlar.
02.03.2023