Heyvandarlıq
Primitiv heyvandarlıq, görünür, o vaxt yaranmışdı ki, insanlar otyeyən heyvanların analarını itirərək tək qalmış və sürüdən qalmış balalarını tutub saxlamağa başlayıblar. Bu balaları onlar öldürməyib saxlayır, ot, ya da samanla bəsləyir və ov tapılmayan zaman ət ilə qidalanmaq üçün saxlayırdılar.
İlk ev heyvanları keçilər, qoyunlar, donuzlar və kəllər olub. İnsanlar onlardan ət, süd, yun və dəri əldə edirdilər. Bundan başqa, kəllərdən ağır yüklərin daşınması üçün istifadə edirdilər.
Ev heyvanlarının çoxu otyeyən heyvanlar idi. Yalnız insanların yanında öz xoşları ilə yaşayan itlər fərqli idi, belə ki, bu qonşuluq onların hər ikisi üçün sərfəli idi. İnsanlar itləri yemək qalıqları ilə yemləyirdilər, beləliklə, eyni zamanda zibildən azad olurdular, itlər isə onlara ov ovlamaqda kömək edir, yaşayış yerlərini və sürüləri qoruyurdu. Müxtəlif növlərin bu cür qarşılıqlı, xeyirlə yanaşı yaşaması simbioz adlanır.
07.03.2023