YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qədim misirlilər

Misirlilər Günəş, su, külək kimi təbiət qüvvələrini, həyatda və ölümdə sirli saydıqları hər şeyi ilahiləşdirirdilər.  Ən möhtəşəm ilahilər bütün həyatın mənbəyi hesab edilən Günəş tanrısı Ra, məhsuldarlıq ilahəsi İsida, ölülərin himayədarı Oziris, İsida və Ozirisin oğlu Xorus sayılırdı. 

 

Həmçinin uşaqları, qadınları və ya müxtəlif bitki və heyvanları qoruyan ilahilər var idi. Başqa tanrılar müəyyən yerlərdə və xüsusi olduğu üçün o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Onlara eyni peşəyə sahib olanlar və ya bir şəhərin və ya müəyyən əyalətin əhalisi sitayiş edirdi. Misirlilər öz tanrılarını heyvanbaşlı insan bədəni ilə təsəvvür edirdilər. Məsələn, yazı ilahisi Totun qaraleylək başı vardı.


Misirlilər inanırdılar ki,  firon adlanan hökmdarlar Nilin suyunun daşıb-çəkilməsini, bununla birlikdə məhsuldarlığı idarə edən Günəş tanrısı Ranın oğludur.


Firon mütləq hakimiyyətə malik idi. O, Misiri idarə edirdi, ordunun baş komandanı idi, baş hakim kimi qanunları verir və kahinlərə əmr edirdi. Bütün Misirin torpaqları və var-dövləti ona aid idi.


Fironun çoxlu arvadı ola bilərdi. Onun uşaqları və qohumları əyan idi və orduda, kahinlər arasında və idarəetmədə yüksək vəzifələrdə otururdular. Onlar həm də böyük imtiyazlara malik idilər.


Firon hakimiyyəti vəzirin (birinci nazirin) vasitəsilə idarə edirdi. Vəzirin çoxlu qulluqçuları (məmurlar) adlanan köməkçiləri var idi, məhkəmələrin  aparılması, vergilərin yığılması və suvarma kanallarının çəkilməsi və ya məbədlərin tikilməsi kimi işləri yerinə yetirmək onların vəzifəsinə daxil idi.


Kəndlilər və sənətkarlar cəmiyyətdə məmurlara nisbətən daha aşağı səviyyədə dururdular. Sənətkarlar metalla işləyir və alətlər, zərgərlik məmulatları, silahlar hazırlayırdılar. Qullar mədənlərdə və nəhəng piramidaların tikintisində işləyirdilər.


Qədim Misirdə ölümü əbədi olacaq o biri həyata keçid hesab edirdilər, yəni yeni, ancaq daha sonsuz olacaq yer həyatının doğulması hesab edirdilər. Ona görə də ölüm müsbət məna kəsb edirdi və dəfn ayinlərinin böyük mənası var idi. Qədim misirlilər belə hesab edirdilər ki, insanın ruhu bədənində qalmalıdır. Ona görə də bədənin çürüməməsi və ruhun ölməməsi üçün  misirlilər mumiyalamağı öyrəndilər. Ölənin ruhu mühakimə olunmalı idi. Misirlilər inanırdılar ki, əjdaha pislik edənlərin ruhunu yeyir, yaxşılıq edənlərin ruhu isə yaşamağa davam edir. 

 

Misirlilər qəbirlərdə ölənləri öz əşyaları (zərgərlik məmulatları, yemək, var-dövlət) ilə birlikdə dəfn edirdilər ki, onların ruhları yeni həyata bolluq və rahatlıq içində başlasınlar. 

 

Fironların məzarları bir neçə sərdabədən ibarət idi, onların divarları isə gözəl şəkillər və heroqlif yazılarla bəzədilirdi.