YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Boymadərən

Avropada, Amerikada və eyni zamanda Azərbaycanda geniş yayılan boymadərən dünya alimlərinin daha dərindən və geniş bir şəkildə araşdırdığı bitkilərdən biridir.

 

Dünya florasında 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlmək olur. 21 növünə Qafqazda, 14 növünə isə Azərbaycanda rast gəlinir.


Onun ən qivmətli növlərindən biri də adi boymadərən bitkisidir.


Adi boymadərən hündürlüyü 20-90 sm olan, xoş iyə malik çoxillik ot bitkisidir. Yarpaqları lansetvarı və yaxud xətvarı lansetşəkillidır. Çiçəkləri ağımtıl, çəhrayı, sarı-qırmızı rəngdə olub səbətcikdə yerləşdirilmişdir. Meyvəsi toxumcadır. Adi boymadərən meşə açıqlıqlarında, çöldə, əkin sahələrinin kənarlarında, qaya yarıqlarında, çəmənliklərdə, yol kənarlarında əkilməyən sahələrdə yayılmışdır.


Boymadərənə Quba, Naxçıvan, Lənkəranın dağlıq sahələrində, meşə kənarında, meşə açıqlıqlarında, alp və subalp çəmənliklərində çay və göl sahillərində daha çox təsadüf edilir.


Bitkinin yarpaqları, gövdəsi, kökü, çiçəyi, toxumu müalicəvi əhəmiyyətli  mürəkkəb kimyəvi birləşmələrlə zəngindir. Boymadərən otunun tərkibində efirli birləşmələr, xüsusən də azulen, sineol, limonen, borneol, xamazulen daha çoxdur. Bunların sayəsində bitki bakterisid və iltihab əleyhinə təsir göstərir.

 

Qida məqsədi ilə boymadərənin yarpaq, çiçək və zoğlarından istifadə edilir. Təzə yaşıl hissəsini ət və balıq yeməklərinə,  ondan hazırlanmış ədviyyəli maddəni isə salatlara qatırlar.

 

Bağ, bostan sahələrinin ətraflarında daha çox bitir. Azərbaycanda ağ və sarı boymadərən növlərinə daha çox rast gəlinsə də, tibdə ağ boymadərən tətbiq olunur.