Səsdən iti təyyarə və avtopilot nədir
Səsdən iti o deməkdir ki, hərəkətin sürəti səsin sürətindən, yəni saniyədə 331 metrdən yuxarı olur. Belə təyyarənin uçmağını görəndən bir neçə saniyə sonra onun səsi bizə çatır. Bu, saatda 2300 km sürətlə hərəkət edən səsdən iti sərnişin təyyarəsi “Konkord ” ilə də baş verir.
Təyyarənin idarə edilməsinin asanlaşdırılması üçün avtopilot-heyətin istirahəti zamanı təyyarənin hərəkətinin idarə edilməsi və nəzarəti üçün mexanizm yaradılıb. Ancaq bunun üçün kompüterə marşrut haqqında məlumat daxil etmək lazımdır.
09.09.2023