YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Palıd

Quercus
 
Fıstıqkimilər bitki fəsiləsinə aid ağac.
Dünyada 600-ə yaxın, Azərbaycanda isə 12 palıd növünə rast gəlinir.
Təbii yayılma arealı Şimal Yarımkürəsinin mülayim iqlimli əraziləridir. Bəzi növləri həmişəyaşıl ağaclar sırasına daxildir. Onların bir çoxunun meyvələrindən qida kimi istifadə olunur.
Palıdın müalicəvi xüsusiyyətləri tibdə qədimdən bəri geniş istifadə olunur. Onun gövdəsindəki düyün güclü büzüşdürücü xüsusiyyətə malikdir və Şərqdə qanaxmaya qarşı vasitə kimi gеniş yayılmışdı. Fırlardan hazırlanmış tozu suya qarışdıraraq, bağırsaq xoralarının və xroniki ishalın müalicəsində istifadə еdirdilər. 
Orta əsr Tibеt təbabətində palıdın kök və qozalarından düzəldilmiş toz qızdırma salan vasitə kimi yayılmışdı.
1311-ci ildə Yusif İbn İsmayıl Xoyi yazırdı ki, palıd qozası qanaxma və qanlı bəlğəmə qarşı güclü təsirə malikdir. Bağırsaq xoraları, ürəkbulanma zamanı palıd qozalarını yemək faydalıdır. Qozanın unla qarışığından hazırlanan sarıq irinli şişlərə, külü isə ağızda olan irinli yaralara, stomatitə qarşı xeyirlidir.
İbn Sina da öz əsərlərində palıdın xeyirli təsirlərindən bəhs edir və palıd yarpaqlarını əzərək düzəldilən sarğının yaranın sağalmasını sürətləndirdiyini bildirir.