
Finlandiya əsilli isveçdilli yazıçı, rəssam və illüstrator Tuve Yansson 1914-cü ildə Helsinkidə anadan olub. Ən çox “Muuminlər” adlı uşaq kitabları seriyası ilə tanınan Yanssonun əsərləri təkcə uşaqlar üçün deyil, böyüklər üçün də dərin fəlsəfi məna və psixoloji incəliklərlə zəngindir.
Tuve Stokholm, Helsinki və Parisdəki aparıcı sənət akademiyalarında təhsil alıb. Ədəbiyyata olan qabiliyyəti çox erkən yaşlarında ortaya çıxıb. Yansson "Sara, Pelle və su ruhlarının səkkizayaqlı ilbizi" adlı ilk hekayəsini 14 yaşında yazsa da, əsər 1933 -cü ildə nəşr olunub. Kiçik qardaşı Lars rəssam olduğundan Tuve ilə birlikdə Muumin trolları haqqında komiks üzərində çalışıb.
Tuve Yanssonun ən məşhur qəhrəmanları Muuminlər adlı fantastik varlıqlardır. Bu personajlar ağ, yumşaq, hipopotama bənzər canlılardır, lakin onlar insan duyğularını və cəmiyyətini simvolizə edirlər.
Tuve Yanssonun əsərlərindəki mövzular arasında tənhalıq, ailə, macəra, dostluq və mənəvi azadlıq mühüm yer tutur. O, həmçinin həyatın qeyri-müəyyənliyini və dəyişkənliyini uşaq gözü ilə sadə, lakin dərin şəkildə təqdim edir.
Tuve Yansson həm də peşəkar rəssam idi. O, Muumin kitablarının illüstrasiyalarını özü çəkib.
Muumin dünyası o qədər məşhurlaşıb ki, Finlandiyada “Mumin Dünyası” adlı əyləncə parkı da yaradılıb və hər il minlərlə turist oraya axışır.
07.04.2025