Şimali Amerikada göl
ABŞ ərazisində, dəniz səviyyəsindən 177 metr hündürlükdə yerləşir. Miçiqan gölünün sahəsi 57,7 min kvadrat kilometr, dərinliyi isə 281 metrə qədərdir. O, Makino boğazı vasitəsi ilə Huron gölünə birləşir.
Sularında alabalıq, nərə və durna balığına rast gəlinir. Əlavə məlumat: Miçiqan gölü Şimali Amerikanın ən böyük göllərindən biridir. Onun adı yerli hindlilərin dilində “böyük su” mənasını verir. Gölün ərazisində Biver, Şimali Manitu və Cənubi Manitu adaları yerləşir.
09.02.2016