Asiyanın cənub-qərbində yarımada
Sahəsi 2730 min kvadrat kilometrdir. Sahilləri Qırmızı və Ərəb dənizinin, həmçinin Fars körfəzinin suları ilə yuyulur.
Geologiyası: Ərəbistan platforması, qədim Qondvana qitəsinin bir parçasıdır.
Torpağı əsasən qumluq və daşlıqdır.
Relyefi: cənub-qərbdə və cənub şərqdə dağ silsilələri, şimalda yayla və düzənliklər, Qırmızı dənizin sahili boyu isə dar aran zonası ilə əhatələnib.
Tropik səhra iqliminə malikdir.
Daimi çayları yoxdur.
Əhalisi əsasən ərəblərdir.
Ərazisində Səudiyyə Ərəbistanı, Küveyt, Yəmən, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, qismən İordaniya və İraq dövlətləri yerləşir.
Əlavə məlumat: dünyəvi dinlərdən biri olan İslam Ərəbistan yarımadasında yaranıb, bütün müsəlmanların əsas müqəddəs məkanı - Kəbə də burada yerləşir. Geniş qumlu çimərliklər və təmiz dəniz yarımadaya çox sayda turist cəlb edir. Dünya neft ehtiyatının böyük hissəsi də məhz Fars körfəzi akvatoriyasında cəmlənib.
05.05.2016