YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Panama Respublikası

Panama Respublikası
 
Republica de Panama
 

 

Coğrafi mövqeyi – Mərkəzi və Cənubi Amerikada, Karib dənizi ilə Sakit Okean arasında yerləşir.
 
Sahəsi – 77,1 min kvadrat kilometrdir.
 
Əhalisi – 3,8 milyon nəfərdir (2013).
 
Paytaxtı – Panama şəhəridir.
 
Rəsmi dili – İspan dilidir.
 
Ərazi bölgüsü – 10 əyalətə (provincia) və 3 muxtar hindu rezervasiyalarına bölünür.
 
Sərhədləri – Qərbdə Kosta-Rika, şərqdə Kolumbiya respublikaları ilə həmsərhəddir. Şimalda Karib dənizi, cənubda Sakit Okean ilə hüdudlanır.
 
Pul vahidi – 1 Balboa = 100 sentesimo.
 
Dövlət başçısı – Panama Respublikasının Prezidentidir.
 
Dövlət quruluşu –Prezident respublikasıdır.
 

Panama Respublikası Şimali və Cənubi Amerikanı birləşdirir. Ölkəni kəsib keçən 81 km uzunluğunda kanal Sakit və Atlantik okeanlarını su yolu ilə əlaqələndirir. Gəmiçilikdən və bank işindən əldə edilən gəlirlər, həmçinin Panama kanalından istifadəyə görə olan ödənişlər hesabına ölkənin paytaxtı regionda ən zəngin şəhərlərdən birinə çevrilmişdir.

 

Panama eyni adlı bərzəxdə Şimali və Cənubi Amerikanı birləşdirən qurunun ən ensiz yerində yerləşir, ölkənin sahilləri boyu iki dağ silsiləsi uzanır. Onlar arasında çoxlu sayda kiçik təpələr, göllər, 400-dən çox çay və onun qolları vardır. Burada sıx tropik meşələr yaranır. Panamada 2,0 min növdən çox tropik bitkiyə rast gəlinir. Qərbdə olan Sakit okean tərəfdə yağıntılar azdır, kol pöhrəlikləri yayılır. Belə pöhrəliklər ölkənin cənubunda olan Daryen milli parkında praktiki olaraq təbii halda qorunur. Sakit okean tərəfdə olan Panama körfəzində adaların sayı 100- dən çoxdur.

 

Panama kanalı dünyada ən böyük mühəndis tikililərindən biridir. Panama kanalı ABŞ tərəfindən 1904-1914-cü illərdə bərzəxin ən alçaq hissəsində çəkilmişdir. Uzunluğu 81 km, minimum dərinliyi 12 m-dir. Kanaldan hər il 14 mindən çox gəmi keçir. Buradan istifadəyə görə olan haqq Panamanın əsas gəlir mənbəyini təşkil edir. Gəmilər hər iki istiqamətdə hərəkət edə bilir. Panama kanalında olan Miraflores gölü və Sakit okeanda suyun səviyyələri arasında fərq olduğuna görə şlüzlərdə gəmilər 16,8 m qalxır və enir. Marşrut üç nəhəng şlüz sistemindən keçir, onların köməyi ilə suyun səviyyəsi 26 m qalxır və enir. Panama 1903-cü ildə ABŞ-ın köməyi ilə Kolumbiyadan ayrılaraq müstəqilliyə nail olmuşdur. 1999-cu ilin sonunda 20 illik keçid dövründən sonra Panama kanal üzərində nəzarəti tam öz əlinə almışdır. 2007-ci ildə ölkə hökuməti kanalın genişləndirilməsi haqqında planını elan etmişdir. Bu işin 2014-cü ildə başa çatması nəzərdə tutulur. Kanal üzərində tam nəzarət Panamanın beynəlxalq gəmiçilik, ticarət və maliyyə mərkəzinə çevrilməsinə imkan vermişdir. Panamanın təsərrüfatı əsasən beynəlxalq nəqliyyat sisteminə xidmət göstərməyə əsaslanır. Bu sahədə ölkənin bütün işçi qüvvəsinin yarısı çalışır. Kanal ətrafında azad ticarət zonası yaradılmışdır.

 

Vergilərin olmamasına görə Panama bankları dünyanın hər tərəfindən müştəriləri özünə cəlb edir. Bank fəaliyyəti haqqında qanunlar paketinin qəbul edilməsi ilə əlaqədar 1980-ci illərin əvvəllərində Panama böyüklüyünə görə altıncı dünya maliyyə mərkəzinə çevrilmişdir. Xarici şirkətlərə məxsus olan çoxlu sayda ticarət gəmiləri donanması Panamanın bayrağı ilə qeydiyyatdan keçmişdir. Becərilən bitkilərə çəltik, buğda, tütün, sitrus meyvələri və paxlalılar aiddir. İxrac üçün banan, qəhvə, şəkər qamışı əkilir. Lakin bir çox ərzaq məhsullarını idxal etmək lazım gəlir. Panamanın təaərrüfatında balıqçılıq mühüm rol oynayır.