YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Örpək

Qadın baş geyim növü
 
Zərif lif və iplərdən toxunur, materialına və ölçüsünə görə fərqlənir.
 
Əvvəllər toxuculuq dəzgahlarında hazırlanan örpəklər yaş fərqinə və zümrə mənsubiyyətinə görə müxtəlif çeşid və rənglərdə olurdu. Orta əsrlərdə Azərbaycanda istehsal edilən örpəklər xarici ölkələrə satılırdı.
 
Keçmişdə qiymətli daş-qaşla bəzədilmiş və xalis qızıl, gümüş tellərdən toxunmuş örpəklər də mövcud idi.
 
Gəncə, Şəki, Şamaxı və başqa şəhərlərimizdə toxunan qadın örpəkləri arasında başlıca yer tutan kəlağayılar istehsal olunduğu məkanlara görə bir-birindən seçilirdi.
 
Bu gün kəlağayı istehsalı ilə ən çox “Şəki İpək” ASC məşğul olur.