Hortenziya (lat. Hydrángea) – Hortenziyalar ailəsinin 70-80 növdən ibarət çiçək bitkisidir.
Cənubi və Şərqi Asiyada, Şimali və Cənubi Amerikada, Rusiyada, Çində və Yaponiyada bitir.
Bu növün çox hissəsi 1-3 metr hündürlüyə malik olan kollar, bəziləri kiçik ağaclardır. Qalanları isə digər ağacların gövdələrinə dolaşaraq 30 metrə qədər yüksələn sarmaşıqlardır.
Hortenziya bahar fəslindən payızın sonlarına qədər çiçək açır. Çiçəkləri böyük və ağ rəngdə olur, lakin iriyarpaq hortenziya (Hydrangea macrophylla) kimi bəzi növlərdə göy, qırmızı, çəhrayı və yasəməni çiçəklərə də rast gəlinir.
Hortenziyaları iri və gözəl çiçəklərinə görə çox vaxt dekorativ bitkilər şəklində bağçalarda əkirlər.
Bu keyfiyyətinə görə daha populyarı 600-dən artıq növü olan iriyarpaq hortenziyadır.
19.01.2019