La-Manş
La-Manş və ya İngiltərə kanalı (fr. la Manche) – Fransa sahilləri ilə Böyük Britaniya adası arasında boğaz.
Uzunluğu 578 kilometr, eni – qərbdə 250 kilometr, şərqdə isə 32 kilometrdir.
Pa-de-Kale boğazı ilə birgə Şimal dənizini Atlantik Okeanına birləşdirir.
1994-cü ildən etibarən boğazın altından uzunluğuna görə dünyanın 3-cü dəmiryol tuneli – “Avrotunel” keçir. Hazırda qitədən adaya yol 2 saat 15 dəqiqə vaxt aparır. Tunelin boğazın altından keçən hissəsini isə qatar təxminən yarım saata qət edir.
Hər gün tuneldən 50 minə yaxın sərnişini, 6 min avtomobili və 54 min ton yükü daşıyan 400-ə qədər qatar keçir.
18.11.2016