Heyva (Cydonia) qızılgülçiçəklilər fəsiləsindən yarpağı tökülən ağac, yaxud kol növüdür, bar verən və dekorativ bitkidir. Heyva 4 min ildən çox əvvəl bəşəriyyətə məlum olan qədim meyvə ağaclarından biridir.
Heyvanın vətəni Qafqaz sayılır, oradan Kiçik Asiyaya, daha sonra Qədim Yunanıstana və Romaya gətirilib.
Heyva gözəl və ətirli bar verən meyvə ağacı kimi yetişdirilir. O, Qafqaz, Krım, Moldova, Orta Asiya və Rusiyada geniş yayılıb.
Qədim zamanlarda Aralıq dənizi sahillərində heyvaya məhəbbət və bərəkət rəmzi kimi pərəstiş edirdilər.
Heyva sentyabr-oktyabr aylarında yetişir. Bu meyvə fruktoza, qlükoza, dəmir, kalsium, fosfor və mislə zəngindir.
19.12.2016