Peterqof Fin körfəzinin cənub sahilində saray-park ansamblıdır. Sankt-Peterburqun Petrodvortsovı rayonunda yerləşir. Peterqof özündə iki əsr ərzində yaradılan bir neçə saray-park ansamblını birləşdirir. Bu ansambl 200 il ərzində Rusiya imperatorlarının təntənəli yay iqamətgahı olub.
Dəbdəbəsinə görə Fransanın Versal sarayından geri qalmayan şəhərətrafı iqamətgahın yaradılması ideyası I Pyotrda 1714-cü ildə yaranıb.
Peterqof parkı saray, fəvvarə və yaşıl xiyabanları birləşdirən vahid kompozisiyadır. Bunlar Yuxarı bağ, Aşağı bağ, habelə Böyük, Monplezir və Marli saraylarıdır. “Peterqof” muzey-qoruğuna 21 muzey, o cümlədən “Yekaterina korpusu”, “Marli” və “Ermitaj” daxildir.
Peterqof fəvvarələrinin mərkəzində Böyük şəlalə yerləşir. Böyük saray ilə vahid ansambl təşkil edən Böyük şəlalə 64 fəvvarədən və 255 tunc heykəldən ibarətdir. Saray-park ansamblı 1990-cı ildən UNESCO-nun Dünya İrsi Siyahısına daxildir.
25.02.2019