Yasəmən (Lat. Syrınga)
Zeytunkimilər fəsiləsinə aid bitki cinsi. Yasəmən düz və ya dağınıq budaqları olan 5-7 metr hündürlüyə qədər uzanan kol bitkisidir. Çiçəkləmə dövründə yasəmən kolunda 18 min çiçək aça bilər. Çiçəkləri çəhrayı və al-qırmızı, ağ, bənövşəyi və mavi rəngdə olur.
Yasəmənin ətri çox incədir və sakitləşdirici təsirə malikdir. Dünyada 2300 növü məlumdur.
Bu bitkidən çox vaxt iltihab əleyhinə vasitə kimi istifadə edirlər. Onun qızdırma salan və ağrıkəsici keyfiyyətləri də məlumdur. Bitkinin tərkibində çox sayda faydalı maddələr var.
Yaranın sağalmasını sürətləndirən xüsusiyyətlərinə görə yaranın üzərinə tər yasəmən çiçəyindən sarğı qoyurlar.
Yasəmənin bütün növləri gözəl gülləri ilə seçilir, bu səbəbdən onları bağçalarda yetişdirirlər. Bunların arasında həddən artıq dözümlü olan və açıq havada əla bitən adi yasəmən (Syringa vulgaris L.) daha çox yayılıb. Yasəmən bahar aylarında Avropanın həm cənubunda, həm də şimalında bağçaları iri və ətirli çiçəkləri ilə bəzəyir.
03.02.2017