
Qızıl
(Lat. Aurum)
Təmiz qızıl nəcib, sarı rəngdə yumşaq metaldır. Kimyəvi elementlərin dövri cədvəlində atom nömrəsi 79-dur.
Ağır metaldır. Metallar arasında sıxlığına görə 7-ci yeri tutur.
Xüsusiyyətinə görə yumşaq olan qızıl müsbət 1065 dərəcədə əriyir. Qızılın sıxlığı yüksəkdir. Məsələn diametri 4,5 santimetrdən bir az böyük qızıl kürəsinin ağırlığı 1 kiloqrama bərabər olur.
İnsanlar qədim zamanlardan bəri qızıl hasil edir. Qızıl yataqlarına bütün qitələrdə rast gəlmək olar. Lakin onu tapmaq çox çətindir: qızıl nadir metaldır.
Bəşəriyyətin mövcud olduğu dövr ərzində təxminən 150-200 min ton qızıl hasil olunub.
Bu metal zinət əşyalarının hazırlanmasında, müxtəlif sənaye sahələrində müasir texnologiyaların həyata keçirilməsində, həmçinin tibb sahəsinsdə istifadə olunur.
Qızıl zərvərəq uçan aparatların qızmasının qarşısını almaq üçün effektiv vasitədir.
22.02.2017