YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qütb ulduzu

Qütb ulduzu (Kiçik Ayı bürcünün alfası) Şimal qütbü yaxınlığında yerləşən Kiçik Ayı bürcündə ifrat nəhəng ulduzdur.

 

Yerə qədər məsafəsi 434 işıq ilidir.

 

Qütb ulduzu Şimal qütbündən 1˚ kənarda yerləşir, buna görə də ulduzlu səmanın sutkalıq fırlanması zamanı demək olar hərəkətsizdir.

 

Səmti tapmaq üçün çox rahatdır: onun istiqaməti ilə şimal istiqaməti üst-üstə düşür, üfüq üzərində hündürlüyü müşahidə yerinin coğrafi eninə bərabərdir.

 

Buna görə də onu Qütb ulduzu adlandırırlar. Qütb ulduzu həmişə Şimal yarımkürəsində üfüqün şimal nöqtəsi üzərində yerləşir.

 

Bu da hər hansı yerdə Qütb ulduzunun köməyi ilə istiqaməti tapmağa kömək edir.