Ələkbərova Şövkət
Şövkət Ələkbərova
Müğənni, Azərbaycanın xalq artisti
1922-ci il oktyabrın 20-də Bakıda anadan olub.
15 yaşında musiqi müsabiqəsində qalib gəlib. Bəstəkar Üzeyir Hacıbəyov və müğənni Bülbül onun istedadını qiymətləndirib.
Peşəkar müğənni karyerasına Üzeyir Hacibəyovun dəvəti ilə Azərbaycan Dövlət Xorunda başlayıb. Böyük Vətən müharibəsi illərində cəbhəyə qastrol səfərlərinə gedərək orada vətənpərvərlik mahnıları ifa edib.
1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasında işləyib.
Azərbaycan mahnıları və muğamları ilə bərabər, türk, fars və ərəb dillərində də mahnılar oxuyub.
1993-cü ildə Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.
18.07.2017